Ər keçmiş arvadını öldürdü - DAYISI QIZI İMİŞ  - FOTO
31 may 2022 02:48 (UTC +04:00)

Ər keçmiş arvadını öldürdü - DAYISI QIZI İMİŞ - FOTO

Abşeron Gənclər Şəhərciyində qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

1995-ci il təvəllüdlü Rəqsanə Muradova  keçmiş əri tərəfindən binanın həyətində bıçaqlanıb. Qadına ümumilikdə 6 bıçaq zərbəsi vurulub. 

Yaralı qadın xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib. 

Qeyd edək ki, R.Muradova həyat yoldaşından bir neçə ay əvvəl ayrılıb. Onların birgə nigahından iki azyaşlı övladı var.  R.Muradovanın keçmiş əri öz bibisi oğlu olub.

Faktla bağlı cinayət işi başlanılıb. Hadisəni törədən şəxs saxlanılıb.
 

# 5382
avatar

Oxşar yazılar