Elçilikdə yox cavabı alan oğlanı öldürdülər - FOTO
28 avqust 2023 16:05 (UTC +04:00)

Elçilikdə yox cavabı alan oğlanı öldürdülər - FOTO

Türkiyədə elçilik üstündə qətl hadisəsi olub.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Zonguldak şəhəri Alpalı qəsəbəsində baş verib. 30 yaşlı Rıza Akman Çağlayan ailəsi ilə birgə 52 yaşlı Mustafa  E.-nin yaxınlarından birinin qızına elçi gedib. Ancaq razılıq olmadığı üçün Rıza ilə Mustafa E. arasında ədavət yaranıb.

Dünən gecə Mustafa E. Rıza Akman Çağlayanın maşınının qarşısını kəsib. Burada yaranan mübahisə böyüyüb və nəticədə Çağlayanla dostu bıçaq xəsarətləri alıb.

Rıza Akman Çağlayan xəstəxanaya aparılsa da, orada ölüb. Digərinin müalicəsi davam edir.

Həmçinin polis əməkdaşları Mustafa E. və cinayətlə əlaqədar daha 2 nəfəri saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4798

Oxşar yazılar