Əfv edilən keçmiş döyüşçü 2 nəfəri vəhşicəsinə öldürdü
29 fevral 2024 16:27 (UTC +04:00)

Əfv edilən keçmiş döyüşçü 2 nəfəri vəhşicəsinə öldürdü

Yakutiya Respublikasında Rusiya Silahlı Qüvvələrinin əfv edilmiş keçmiş üzvü 2 nəfəri vəhşicəsinə öldürməkdə şübhəli bilinir.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, hadisə fevralın 24-nə keçən gecə Suntar rayonunun Kütanə kəndində baş verib. 35 yaşlı kişi fərdi evdə 34 yaşlı tanışı ilə spirtli içki qəbul edərkən yaranan münaqişə zamanı onun başına metal lomla zərbə endirib. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bundan sonra o, 64 yaşlı qadının şəxsi evinə gedib və köhnə şikayətləri əsasında onun başına balta ilə vurub. Nəticədə qadın da ölüb. Daha sonra təcavüzkar evi yandırıb qaçmağa çalışsa da, o, saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

Qətlə yetirilən qadının qızı bildirib ki, şübhəli şəxs əvvəllər üç dəfə məhkum olunub. Sonuncu dəfə 2020-ci ildə vəhşicəsinə qətlə görə 9,5 il müddətinə azadlıqdan məhrum edilib. 2023-cü ildə xidmətə gedib, sonra doğma kəndinə qayıdıb.

# 3684
avatar

Oxşar yazılar