Daşkəsəndə ŞOK:  ər-arvad evdə öldürüldü - YENİLƏNİB
04 aprel 2023 18:40 (UTC +04:00)

Daşkəsəndə ŞOK: ər-arvad evdə öldürüldü - YENİLƏNİB

Ər-arvad öldürən tutulub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, qətli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Mədənçilər qəsəbə sakini, 1983-cü il təvəllüdlü Şahin Ələsgərov polis əməkdaşlarının keçirdikləri isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib.

***

saat 18:16

Daşkəsəndə ər-arvad öldürülüb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Lent.az-a bildirib ki, Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbəsindəki evlərdən birində 2 nəfərin meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

Dərhal Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb.

İlkin araşdırmalar zamanı rayon sakinləri - 1937-ci il təvəllüdlü Məhərrəm Məmmədov və onun həyat yoldaşı, 1946-cı il  təvəllüdlü Pəri Məmmədovun küt alətlə qətlə yetirilmələri məlum olub.

Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

# 4797
avatar

Oxşar yazılar