Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı -  SƏBƏB
09 fevral 2021 11:46 (UTC +04:00)

Daha bir bələdiyyə sədrinə cinayət işi açıldı - SƏBƏB

Neftçalada bələdiyyə sədrinin qanunsuz əməlləri ifşa olunub.

Neftçala rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, rayonun Xol Qarabucaq bələdiyyəsinin sədri Qismət Qəfərovun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında araşdırma aparılıb.

Araşdırmalarla Qismət Qəfərov tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş bələdiyyə əmlakı olan 7 min 650 manat məbləğində maliyyə vəsaitini şəxsi ehtiyaclarına sərf etməklə mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2172
avatar

Mehman Nəbiyev

Oxşar yazılar