Bu azərbaycanlı Rusiyaya təhvil verildi
06 may 2021 16:49 (UTC +04:00)

Bu azərbaycanlı Rusiyaya təhvil verildi

Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda tapılıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Rusiya vətəndaşı Əsgərov Eldar İsmayıl oğlunun –2016-cı il oktyabrın 1-dən 2017-ci il dekabrın 13-dək olan dövr ərzində Novosibirsk şəhərində külli miqdarda aksiz markası ilə markalanmalı olan alkoqol məhsullarını belə marka olmadan satma məqsədi ilə istehsal edib saxlamasına əsaslı şübhələr müəyyən edilib.

Eldar Əsgərov barəsində beynəlxalq axtarış elan olunub.

Axtarışda olan şəxsin yerinin müəyyən edilməsi əsası ilə Rusiya Baş Prokurorluğunun Azərbaycan Baş Prokurorluğuna etdiyi sorğu təmin edilməklə Eldar Əsgərov 2021- ci il mayın 6-da Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya hüquq mühafizə orqanlarına təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3147
avatar

Mehman Nəbiyev

Oxşar yazılar