Borca görə axtarılan 17 nəfər saxlanıldı
05 aprel 2021 10:17 (UTC +04:00)

Borca görə axtarılan 17 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları istirahət günlərində törədiən 56 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumaat görə, əvvəlki dövrlərdən bağlı qalmış 14 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 2 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 32, silah-sursatla bağlı 2  fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1437
avatar

Mehman Nəbiyev

Oxşar yazılar