Bir rayonda 5 narkotacir tutuldu
11 mart 2021 18:42 (UTC +04:00)

Bir rayonda 5 narkotacir tutuldu

Hacıqabulda 5 nəfər narkotik alverçisi tutulub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı sakini, 39 yaşlı Məhərrəmov Emil Əliheydər oğlunun idarə etdiyi “Mercedes” markalı “GM 408 MG” Gürcüstan dövlət qeydiyyat nömrə nişanlı avtomobil saxlanılıb. Sürücü və sərnişin -  Sabirabad rayonu Nəsimi kənd sakini, 55 yaşlı İsmayılov Elşad Vəkalət oğlunun avtomobildə hər birinin ayrı-ayrılıqda saxladıqları müxtəlif bükümlərdə satış məqsədi üçün nəzərdə tutulan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən əməliyyat-axtarış tədbirlərinin zamanı məlum olub ki, E.Məhərrəmov narkotik vasitəni 900 manata, E.İsmayılov isə 400 manata Sabirabad rayonunun Nəsimi kənd sakini, 36 yaşlı Qardaşov İnşallah Əlibayram oğlundan alıblar.

İ.Qardaşovun idarə etdiyi “VAZ-21015” markalı, 03 BJ 710 dövlət nömrə nişanlı avtomobildən müxtəlif bükümlərdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.  

Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdiyi daha bir əməliyyat zamanı əvvəllər məhkum olunan Hacıqabul sakini, 44 yaşlı Nəcəfov Şahin Vaqif oğlu saxlanılaraq polis şöbəsinə gətirilib. Polis şöbəsində onun üzərinə baxış keçirilən zaman sellofan torbada 460 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2961
avatar

Oxşar yazılar