Bərdədə silahlı  İNSİDENT:   maşından avtomatı çıxarıb...- FOTO
02 noyabr 2021 11:45 (UTC +04:00)

Bərdədə silahlı İNSİDENT: maşından avtomatı çıxarıb...- FOTO

Bərdədə sərxoş kişi odlu silahdan havaya atəş açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, noyabrın 1-də saat 20 radələrində Bərdənin Mirzalıbəyli kəndi ərazisində kənd sakini Ə.Nəsirov Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib. Daha sonra o, avtomobildən düşərək qaçıb və maşının yük yerində olan avtomat silahı götürüb onun həyətinə gəlib. Burada Ə. Nəsirov havaya atəş açaraq avtomobillə gedib.

Bu barədə Bərdə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılmış, ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.

# 1764
avatar

Mehman Nəbiyev

Oxşar yazılar