Türməyə keçirilən narkotik
29 mart 2021 10:09 (UTC +04:00)

Türməyə keçirilən narkotik

Bakıda təcridxanaya narkotiki belə ötürmək istədilər...

Bakı İstintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar Xidmətdən Lent.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Əli Mahir oğluna tanışı Bakı şəhər sakini Ələkbərov Asif Ələkbər oğlunun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan başmağın daban hissəsində xüsusi üsulla gizlədilən 3 ədəd şəffaf sellofan bükülüdə ümumi çəkisi 1,731 qram olan narkotik maddə heroin və ümumi çəkisi 0,680 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1515
avatar

Mehman Nəbiyev

Oxşar yazılar