Soyğunçuluq edən Ramiq Əzimov və Təbib Əliyev
16 mart 2021 13:56 (UTC +04:00)

Soyğunçuluq edən Ramiq Əzimov və Təbib Əliyev

Bakıda soyğunçuluq edən gənclər saxlanıldı

Bakıda soyğunçuluq hadisəsi baş verib.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı rayon ərazisində soyğunçuluq etməkdə şübhəli bilinən Ramiq Əzimov və Təbib Əliyev saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, qeyd edilən şəxslər hadisə zamanı Yasamal rayonu ərazisində bir nəfərə yaxınlaşaraq əvvəlcə ondan danışmaq üçün mobil telefon istəyiblər. Daha sonra həmin şəxslər zərərçəkənin dəyəri 410 manat olan “Samsung” markalı telefonunu və içərisində 280 manat olan pul kisəsini əlindən alaraq hadisə yerindən qaçıblar.

Polis əməkdaşları tərəfindən saxlanılan R.Əzimov və T.Əliyev etdikləri cinayəti etiraf ediblər. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir. 

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə, ərazi üzrə polis orqanlarına, habelə DİN-in “102” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermə bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1680
avatar

Mehman Nəbiyev

Oxşar yazılar