Bakıda quldurluq edənlər saxlanıldı
02 aprel 2024 11:58 (UTC +04:00)

Bakıda quldurluq edənlər saxlanıldı

0

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində bir nəfərin pulunu, mobil telefonunu və eynəyini quldurluq yolu ilə talamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Zaur İsmayılov və Eyvaz Verdizadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3688

Oxşar yazılar