Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA   - VİDEO
12 iyun 2025 16:12 (UTC +04:00)

Bakıda qrup halında adam öldürənlər HAKİM QARŞISINDA - VİDEO

Bakıda qrup halında adam öldürməkdə ittiham olunan kişi ilə qadının məhkəməsi başlayıb.
 
Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə İsmayıl Quliyev və Alidə Qadaşovanın təqsirləndirilməsinə dair cinayət işi üzrə ilk hazırlıq iclası keçirilib.
 
Tərəflərdən media tərəfindən çəkiliş aparılması ilə əlaqədar mövqelər öyrənilib.

Təqsirləndirilən şəxslər buna etiraz etsələr də, prokuror baş vermiş ağır cinayətin ictimayətləşməsinə etiraz etməyib.

Bildirib ki, insanlar belə ağır hadisələrin baş verdiyini bilməlidir.

Qısa müşavirədən sonra, hakim müəyyən müddət çəkiliş aparılmasına icazə verib.
 
Sonra təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
 
Məlum olub ki, İsmayıl Quliyev 1980-ci ildə Bakı şəhərində anadan olub, Xəzər rayonun Şağan qəsəbəsində qeydiyyatdadır, əvvəllər məhkum olunmayıb.

Alidə Qadaşova 1970-ci ildə Bakı şəhərində anadan olub, Suraxanı rayonunun Suraxanı qəsəbəsində qeydiyyatdadır, əvvəllər məhkum olunmayıb.

Hər iki şəxs barəsində 2024-cü il oktyabrın 5-də həbs tədbiri seçilib.
 
İsmayıl Quliyev ittiham aktının surətini aldığını bildirsə də, Alidə Qadaşova həmin sənədi təzə aldığını deyib.

Belə olan təqdirdə, məhkəmə ona ittiham aktı ilə tanış olmaq üçün vaxt verdiyini bildirib.
 
Proses iyunun 17-nə təxirə salınıb.
 
Qeyd edək ki, istintaq orqanı tərəfindən Quliyev və Qadaşovaya CM-nin 120.2.1-ci (qrup halında qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.6-cı (başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən adam öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəlləri ilə ittiham verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1110

Oxşar yazılar