Bakıda  qazinin qətli   ilə bağlı YENİ XƏBƏR
17 avqust 2022 09:54 (UTC +04:00)

Bakıda qazinin qətli ilə bağlı YENİ XƏBƏR

Bakıda qətl törədən həbs olunub.

Baş Prokurorluqdan Lent.az-a daxil olan məlumata görə, avqustun 15-də Nəsimi rayonu, 3-cü Alatava ərazisində Niyaməddin Muradovun qəsdən öldürülməsi faktı ilə bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İş üzrə əməl həmin məcəllənin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsinə tövsif olunmuş, cinayəti törətməkdə şübhəli bilinən Bəxtiyar Qarayev qeyd edilən maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, qətlə yetirilən N. Muradov Vətən Müharibəsi iştirakçısı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4359
avatar

Mehman Nəbiyev

Oxşar yazılar