Bakıda qardaşını bıçaqlayan qadından YENİ XƏBƏR
04 aprel 2023 13:24 (UTC +04:00)

Bakıda qardaşını bıçaqlayan qadından YENİ XƏBƏR

Bakıda qardaşını bıçaqlayan Püstə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az xəbər verir ki, iş üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 28-də saat 2:30-da Sabunçu rayonu ərazisində baş verib. Paytaxt sakini, Məmmədova Püstə Əliabbas qızı yaşadıqları evdə qardaşı 52 yaşlı Məmmədov Atamoğlan Əliabbas oğlunun sol kürək və bel nahiyyəsinə 4 bıçaq xəsarəti yetirib.

Faktla bağlı Sabunçu RPİ-nin İş-də Azərbaycna Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Püstə Məmmədova polis əməkdaşları tərəfindən saxlanılıb.

# 2487
avatar

Mehman Nəbiyev

Oxşar yazılar