Bakıda "patı" istifadəçisi öz evindən oğurluq etdi
12 iyul 2021 14:04 (UTC +04:00)

Bakıda "patı" istifadəçisi öz evindən oğurluq etdi

Binəqədidə evdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis  Bölməsinə müraciət edən Binəqədi qəsəbə sakini E.Nəzərov iyunun 20-də yaşadığı evdən 240 manat dəyərində qızıl üzüyünün oğurlandığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən ev sahibinin oğlu, E.Nəzərli müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilib.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun bir evin həyətindən su mühərriki oğurlaması və bir nəfərə qarşı dələduzluq etməsi də müəyyənləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1746
avatar

Mehman Nəbiyev

Oxşar yazılar