Bakıda məsciddə öldürülən  Nadirin FOTOLARI - YENİLƏNİB
28 iyul 2025 11:43 (UTC +04:00)

Bakıda məsciddə öldürülən Nadirin FOTOLARI - YENİLƏNİB

İyulun 26-da saat 5 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 35 yaşlı  Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Suraxanı rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, 
ilkin araşdırmalarla 29 yaşlı Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

***

11:00

Bakıda məsciddə öldürülən Nadir Səfərovun fotoları yayılıb. 

Lent.az həmin fotoları təqdim edir:

***

saat 09:30

Bakıda məsciddə qətl törədilib.

Lent.az xəbər verir ki, hadisə iyulun 26-sı gecə Bülbülə qəsəbəsində yerləşən "İmamzadə" məscidində qeydə alınıb.

Bakı şəhər sakini, 35 yaşlı Nadir Səfərov məscidin namaz otağında yatdığı yerdə öldürülüb. Ona 30-dan çox bıçaq zərbəsi endirilib.

Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 29 yaşlı Elvin Məmmədov saxlanılıb.

O, Vətən müharibəsi iştirakçısıdır.  

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1552

Oxşar yazılar