Bakıda kişini evinin önündə bıçaqladılar
20 aprel 2023 09:35 (UTC +04:00)

Bakıda kişini evinin önündə bıçaqladılar

Bakıda quldurluq hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə gecə saat 1 radələrində Yasamal rayonu Ş.Əzizbəyov küçəsi, dalan 4, ev 4 ünvanının qarşısında baş verib. 3 nəfər Məmmədov Tərlan Elxan oğluna evinin önündə qoluna 2 ədəd bıçaq zərbəsi vuraraq, mobil telefonunu ələ keçiriblər.

Hadisəni törətmiş şəxslər Bakı şəhər sakinləri 32 yaşlı  Hüseynov Mirzə Loğman oğlu, 35 yaşlı Elayev Fərid Rəşidoviç və 24 yaşlı Hüseynov Əli Zaur Loğman oğlu şübhəli şəxs qismində tutulublar.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2649

Oxşar yazılar