Oktyabrın 11-də rayon ərazisindəki evlərdən birinin həyətindən 8000 manat dəyərində təmir-tikinti alətləri oğurlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Səbail rayon Polis İdarəsi, 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən qrupun digər üzvü Zəngilan rayon sakini B.Hacıyev idarə etdiyi “Hyundai” markalı avtomobillə saxlanılıb. Axtarış zamanı avtomobilin saxlanc yerindən marixuana və metamfetamin aşkar edilərək götürülüb.