Bakıda daha bir narkotacir tutuldu - VİDEO
17 may 2021 16:19 (UTC +04:00)

Bakıda daha bir narkotacir tutuldu - VİDEO

Nizami rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən vətəndaş Arif Muradlını saxlayıblar.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, onun üzərinə baxış zamanı çəkisi 508 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, Arif Muradlı heroini şəxsiyyəti istintaqla araşdırılan bir nəfərdən satmaq məqsədi ilə alıb. Saxlanılan şəxs barəsində 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Arif Muradlı barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Bakıda narkotik alverçisi saxlanıldı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2256
avatar

Mehman Nəbiyev

Oxşar yazılar