Oktyabrın 7-də Qaraçuxur qəsəbəsi ərazisində bir nəfərin kəsici alətlə hədələnərək mobil telefonunun sındırılması, elektrik qidalandırıcısının talanması və mopedinə ziyan vurulması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Suraxanı rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 20 yaşlı İ.Səlimov və bir yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.