Aptekdə quldurluq anı
13 avqust 2021 14:29 (UTC +04:00)

Aptekdə quldurluq anı

Bakıda aptekə basqın edən şəxs tutuldu - VİDEO

Bakının Nizami rayonunda 2020-ci ilin mart ayında aptekə hücum edərək xanım satıcıya qarşı quldurluq cinayəti törədən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nizami rayonunda yerləşən apteklərdən birinə 2020-ci ilin mart ayında basqın edərək əlindəki bıçaqla orada satıcı işləyən xanıma qarşı quldurluq edən şəxs saxlanılıb. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zöhrab Abbasov tutularaq istintaqa təqdim edilib.

Qeyd edək ki, hadisə zamanı Zöhrab Abbasov qadının həyatı üçün təhlükə yaradaraq hədə-qorxu yolu ilə aptekin kassasından 1000 manat pulu götürüb və oradan uzaqlaşıb. Zöhrab Abbasovun qeyd edilən aptekə daxil olması və hadisəni törədərək oradan yayınması obyektin kameralar vasitəsi ilə də lentə alınıb.

Hadisə ilə əlaqədar 25-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nizami rayon Polis İdarəsinə göndərilib. Fakta bağlı Cinayət Məcəlləsinin 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bakıda aptekə basqın edən şəxs saxlanılıb

# 2388
avatar

Mehman Nəbiyev

Oxşar yazılar