Bakıda ana tualetdə uşaq doğub zibilliyə atdı -  ŞOK HADİSƏ
31 may 2022 12:44 (UTC +04:00)

Bakıda ana tualetdə uşaq doğub zibilliyə atdı - ŞOK HADİSƏ

Bakıda ana yeni doğduğu körpəsini zibil qutusuna atıb.

Lent.az-ın məlumatına görə, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb. Məlumata əsasən, 38 həftəlik hamilə olan Ş. H. binalardan birinin ayaqyolunda normal doğuşla qız övladı dünyaya gətirib. Lakin o, həmin uşağı ayaqyolunun zibil qutusuna atıb.

Hadisə ilə əlaqədar Ş. H. saxlanılıb. O, hazırda Bakı İstintaq Təcridxanasındadır.

Ş. H.nın törətdiyi cinayət işi üzrə toplanan materiallar baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun icraatına verilib. Məhkəmənin hazırlıq prosesi iyunun 8-də baş tutacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5073
avatar

Mehman Nəbiyev

Oxşar yazılar