Bakıda ailə faciəsi:  19 yaşlı oğul atasını öldürdü
15 fevral 2021 09:51 (UTC +04:00)

Bakıda ailə faciəsi: 19 yaşlı oğul atasını öldürdü

Bakıda 50 yaşlı kişi qətlə yetirilib.

Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, fevralın 13-də saat 21 radələrində Sabunçu rayon ərazisində 50 yaşlı Şükürov Cavanşir Şakir oğluna məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilərək, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 19 yaşlı Cahangir Şükürlünün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Cavanşir Şükürovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Cahangir Şükürlü şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5463
avatar

Mehman Nəbiyev

Oxşar yazılar