Bakıda 2 qadın kişilərlə birləşib evə BASQIN ETDİ  - VİDEO  - YENİLƏNİB
23 avqust 2022 17:35 (UTC +04:00)

Bakıda 2 qadın kişilərlə birləşib evə BASQIN ETDİ - VİDEO - YENİLƏNİB

Xəbərə foto və video əlavə olunub

***

saat 14:26

Bakıda quldurluq hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 20-də  Sabunçu rayonu Bakıxanov qəsəbə sakini Ə.Kərimovun evinin qapısını biri qadın olmaqla naməlum 3 nəfəri qonşu adı ilə açdıraraq, mənzilə daxil olublar. Həmin şəxslərdən biri əlindəki bıçaqla Ə.Kərimovu hədələyərək üz nahiyəsinə yumruq vurub, digərləri isə evi axtardıqdan sonra oradan qaçıblar.

Bu barədə Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş Elçin Əhmədov, Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Emin Babayev, Emilya Əliyeva və Jalə Mahmudova saxlanılıblar.

Emilya Əliyeva və Jalə Mahmudova

Elçin Əhmədov və Emin Babayev

Bakıda 2 qadın kişilərlə birgə evə basqın etdi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6120
avatar

Mehman Nəbiyev

Oxşar yazılar