ABŞ prezidenti Donald Tramp Ukrayna danışıqları ilə bağlı Nyu Cersi ştatının Bedminster şəhərindəki qolf klubuna tətilə getməkdən imtina edib.
Lent.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Livitt deyib.
"Adətən bu, prezidentin tətilə getdiyi vaxtdır. Lakin bu, o prezident deyil. Onun Bedminsterdə bir neçə həftə işləməsi ilə bağlı bəzi müzakirələr olub. Lakin o, bunun əleyhinə qərar verib", - Livitt bildirib.