Gəncədə ŞOK CİNAYƏT:  15 yaşlı oğlan 10 manata görə  öldürüldü - YENİLƏNİB
20 avqust 2025 09:36 (UTC +04:00)

Gəncədə ŞOK CİNAYƏT: 15 yaşlı oğlan 10 manata görə öldürüldü - YENİLƏNİB

Gəncədə yetkinlik yaşına çatmayan şəxsin öldürülməsi ilə bağlı cinayət işi başlanıb.

Gəncə șəhər prokurorluğundan Lent.az-a verilən məlumata görə, avqustun 19-da saat 21 radələrində Gəncə şəhəri ərazisində yetkinlik yaşına çatmayan K.N-nin (şərti) öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla yetkinlik yaşına çatmayan R.B-nin (şərti) șəhərin Dəmiryolu vağzalı adlanan ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək K.N-ni (şərti) qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib

Faktla bağlı Gəncə șəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, R.B (şərti) iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***

Gəncədə 15 yaşlı yeniyetmənin qətlə yetirilməsinin bəzi təfərrüatları məlum olub.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, hadisə 10 manat borc üstündə baş verib.

Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Arif Hətəmovun qətlə yetirilən 2010-cu il təvəllüdlü Tunar Məmmədova 10 manat borcu olub. Hadisədən bir gün əvvəl Arif Hətəmov borcunu Tunar Məmmədova qaytarıb. Sonrandan Arif Hətəmov qətlə yetirilən Tunar Məmmədova dəmiryolunun yaxınlığına çağırıb. Bu zaman tərəflər arasında mübahisə düşüb.

Dava zamanı Arif Hətəmov özü ilə gətirdiyi bıçaqla Tunar Məmmədova xəsarət yetirib.

Yaralı Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

***

saat 22:36

Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

***

21:29

Gəncədə 15 yaşlı oğlanı qətlə yetirən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, şəhər sakini, 15 yaşlı A. Hətəmov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır

***

21:29

Gəncədə qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə şəhərin Dəmiryolu vağzalı adlanan ərazisində qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü T. Məmmədov bıçaq xəsarəti ilə ağır vəziyyətdə xəstəxanaya çatırılıb.

Həkimlərinin müdaxiləsinə baxmayaraq 15 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2502

Oxşar yazılar