Bakı və Sumqayıtda qadınları qarət edən  tutuldu
28 yanvar 2023 12:09 (UTC +04:00)

Bakı və Sumqayıtda qadınları qarət edən tutuldu

Sumqayıtda oğurluq edən saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhər ərazisində marşrut avtobusunda bir qadının çantasından içərisində pul və bank kartları olan cüzdanı oğurlanıb.

Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ramil Hümbətov saxlanılıb.

Araşdırmalarla onun əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi ilə birgə Nərimanov rayonu ərazisində digər bir qadının çantasından içərisində pul, sənəd və bank kartı olan cüzdanını, hesabından isə 312 manatını çıxararaq oğurlaması da müəyyən olunub.

Araşdırma aparılır.

# 2547
avatar

Oxşar yazılar