Azərbaycanlı qızları İstanbulda satmağa aparan qadından YENİ XƏBƏR
21 may 2021 19:52 (UTC +04:00)

Azərbaycanlı qızları İstanbulda satmağa aparan qadından YENİ XƏBƏR

İnsan alverində təqsirli bilinən Nurəsdə Əlimuradovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İradə Həsənzadənin icraatına verilib. Zərərçəkmiş qismində 5 qadın çıxış edir.

İstintaq orqanı Nurəsdə Əlimuradovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddəsi ilə ittiham elan edib.

Əldə etdiyimiz məlumata görə, İ.Həsənzadə 2015-2017-ci illərdə insan alveri ilə məşğul olub. Bu illər ərzində o qurbanlarını iş adı ilə 2-3 aylığına Bakıdan Türkiyənin İstanbul şəhərinə aparıb. Lakin orada qadınları işlə təmin etmək əvəzinə insan alverçilərinə satıb və cinsi istismara məruz qoyub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4587
avatar

Mehman Nəbiyev

Oxşar yazılar