Azərbaycanda narkotiklə tutulan qadınlar: SAY AÇIQLANDI
18 fevral 2021 12:03 (UTC +04:00)

Azərbaycanda narkotiklə tutulan qadınlar: SAY AÇIQLANDI

2020-ci ildə narkotiklərlə bağlı cinayət törədənlərin 99 faizi məsuliyyətə cəlb olunub.

Lent.az-ın məlumatına görə, 2020-ci ildə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 4233 nəfər cinayət törətmiş şəxs müəyyən edilib. Onların da 29,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin  99 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1 faizi isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad edilib.

Cinayət törədənlərin 70,9 faizini heç yerdə işləməyən və oxumayanlar, 2 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin 0,1 faizi 14-17 yaşda olan uşaqlar,  7,6 faizi 18-24 yaşlı, 17,4 faizi 25-29 yaşlı gənclər, 74,9 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

# 3264
avatar

Mehman Nəbiyev

Oxşar yazılar