Azərbaycanda kişi özünü  GÜLLƏLƏDİ
12 sentyabr 2022 14:00 (UTC +04:00)

Azərbaycanda kişi özünü GÜLLƏLƏDİ

Qəbələdə kişi ehtiyatsızlıqdan özünə odlu silahdan atəş açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Qəbələ rayon Polis Şöbəsinə sentyabrın 10-da saat 21 radələrində Mıxlıqovaq kənd sakini V.Rüstəmovun evində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində xəsarət alması barədə məlumat daxil olub.

Xəstəxanaya yerləşdirilən V.Rüstəmovun 2 ayaq barmağı amputasiya olunub.

Polis əməkdaşları tərəfindən ondan qanunsuz saxladığı “İJ” markalı ov tüfəngi götürülüb.

Götürülən tüfəng

# 2703
avatar

Mehman Nəbiyev

Oxşar yazılar