Azərbaycanda kişi keçmiş arvadını QƏTLƏ YETİRDİ  - VİDEO  -YENİLƏNİB
28 may 2021 19:00 (UTC +04:00)

Azərbaycanda kişi keçmiş arvadını QƏTLƏ YETİRDİ - VİDEO -YENİLƏNİB

Mətnə video əlavə olunub.

* * *

15:11

Cəlilabadda 46 yaşlı qadının qətlinin təfərrüatları məlum olub.

APA-nın cənub bürosunun xəbərinə görə, Təzəkənd kənd sakini, 1975-ci il təvəllüdlü Rəna Allahqulu qızı Xanəliyeva ilə onun keçmiş həyat yoldaşı, 1980-ci il təvəllüdlü Cavid Nəriman oğlu Bayramov arasında mübahisə yaranıb.

Barışmaqlarını istəyən C. Bayramov mübahisə nəticəsində R. Xanəliyəvanı öz evində 10-dan çox bıçaq zərbəsi ilə qətlə yetirib.

Təxminən 10 il əvvəl boşanmış cütlüyün 2 övladı var.

Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.

***

saat 12:53

Cəlilabadda qadın qətlə yetirilib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, qətl hadisəsi rayonun Təzəkənd kəndində baş verib.

Kənd sakini olan qadının öldürüldüyü bildirilir.

Hazırda öldürülən qadının və qətli törədənin kimliyi müəyyənləşdirilir.

Faktla Cəlilabad rayon Prokurorluğunda araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3840
avatar

Oxşar yazılar