Azərbaycanda ər uşaqların gözü önündə arvadını öldürdü -  YENİ XƏBƏR
13 yanvar 2022 16:52 (UTC +04:00)

Azərbaycanda ər uşaqların gözü önündə arvadını öldürdü - YENİ XƏBƏR

Şamaxı rayon sakini Səkinə Cəfərovanın yaşadığı evdə qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edək ki, istintaqla zərərçəkmişin əri 37 yaşlı Şakir Cəfərovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı azyaşlı uşaqlarının gözü qarşısında təpik və yumruqla sağlamlığa ağır zərər vuran çoxsaylı bədən xəsarətləri yetirərək Səkinə Cəfərovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Şakir Cəfərova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilərək, barəsində həbs qətimkan tədbiri seçilib.

# 2556
avatar

Mehman Nəbiyev

Oxşar yazılar