Azərbaycanda DƏHŞƏT:  qısqanc qadın ərini öldürdü
29 iyul 2022 16:43 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: qısqanc qadın ərini öldürdü

Bərdədə qətl törədilib. 

Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyulun 29-da Bərdə rayonu Şorəli kənd sakini 1994-cü il təvəllüdlü Nurlan Çərkəzlinin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin arvadı, 1994-cü il təvəllüdlü Aysu Çərkəzlinin qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirməklə Nurlan Çərkəzlini qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aysu Çərkəzli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 5268
avatar

Oxşar yazılar