Azərbaycanda cinayət törədən 41 nəfər tutuldu -  KRİMİNAL XRONİKA
13 iyul 2022 14:44 (UTC +04:00)

Azərbaycanda cinayət törədən 41 nəfər tutuldu - KRİMİNAL XRONİKA

İyulun 12-də ölkə ərazisində qeydə alınan cinayətlərdən 41-nin, eləcə də əvvəlki dövrlərdən bağlı qalan cinayətlərdən 9-nun açılması təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 29, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1860
avatar

Mehman Nəbiyev

Oxşar yazılar