Azərbaycanda borcu olan 22 nəfər saxlanıldı - STATİSTİKA
03 mart 2021 10:08 (UTC +04:00)

Azərbaycanda borcu olan 22 nəfər saxlanıldı - STATİSTİKA

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilən 37 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 22 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Mehman Nəbiyev

Oxşar yazılar