Azərbaycanda axtarışda olan cinayət başında yaxalandı
12 noyabr 2021 13:17 (UTC +04:00)

Azərbaycanda axtarışda olan cinayət başında yaxalandı

Gəncədə avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, şəhərin Kəpəz rayonu ərazisində “Mercedes” markalı bir avtomobildən 788 manat pul və maqnitofon oğurlanıb.

Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş R.Qasımov saxlanılıb. Araşdırmalarla onun Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə axtarışda olduğu da müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar