Azərbaycanda axtarışda olan 83 nəfər tutuldu - KRİMİNAL XRONİKA
01 iyun 2022 10:56 (UTC +04:00)

Azərbaycanda axtarışda olan 83 nəfər tutuldu - KRİMİNAL XRONİKA

Respublikanın daxili işlər orqanları mayın 31-də törədilən 64 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 83 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 29, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2076
avatar

Mehman Nəbiyev

Oxşar yazılar