Respublikanın daxili işlər orqanları tərəfindən, istirahət günlərində törədilən 72 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 19 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş verən 2 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 53, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 103 nəfər saxlanılıb.