Axtarışda olan şəxs sevgilisini öldürüb  intihar etdi
26 aprel 2025 12:09 (UTC +04:00)

Axtarışda olan şəxs sevgilisini öldürüb intihar etdi

Türkiyədə axtarışda olan şəxs sevgilisini və özünü öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalya şəhərinin Konyaaltı qəsəbəsi Küçələr məhəlləsində baş verib.

Polis gecə saat 1 radələrində şübhələndikləri 33 yaşlı Sezer Bozkurtu saxlayaraq, kimliyini yoxlayıblar. Yoxlama zamanı onun axtarışda olduğu məlum olub və Bozkurt qaçıb. O, yanındakı sevgilisi 17 yaşlı Elif Güneşlə birgə keçmiş arvadı Z.S.B.-nın evinə girməyə çalışıb. Lakin qadın onları evə buraxmayıb. Belə olduqda Sezer və Güneş həmin binanın odun yığılan hissəsində gizləniblər.

Əraziyə cəlb olunan polislər Bozkurtdan təslim olmağı tələb ediblər. Lakin o, sərbəst buraxılmasa sevgilisini və özünü öldürəcəyini deyib. Polis bir neçə saat Bozkurtu fikrindən döndərməyə çalışsa da, uğursuz alınıb. Nəticədə o, əvvəlcə sevgilisini başından vurub, sonra isə eyni silahla özünə də atəş açıb.

Nəticədə hər ikisi ölüb. 

Sezer Bozkurt

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 862

Oxşar yazılar