Rusiyanən Yekaterinburq şəhəri yaxınlığında kriminal avtoritetləri müalicə edən “Sehrbaz Leşa” kimi tanınan şəfaçı bıçaqlanaraq öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, öldürülən Aleksey S. kriminal cəmiyyətdə böyük hörmətə malik olub. İyirmi il əvvəl o, "mavi" qrup və Trofi ləqəbli “qanuni oğru” ilə yaxından əlaqəli olsa da, sonradan cinayət fəaliyyəti ilə məşğul olmağı dayandırıb. Sverdlovsk vilayətində bir çox kriminal avtoritetlər müalicə üçün onun yanına gəlib.
“Lesha əmi həqiqətən də insanları sağaldırdı. Hər cür xəstəlikləri dualarla, su ilə müalicə edirdi. Onunla üzbəüz otururdun və o, sənə probleminizi deyərək nə etməli olduğunuzu söyləyirdi” - Alekseyin “xəstələrindən” biri jurnalistlərə bildirib.
Hadisə ilə bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb. Hələlik təqsirləndirilən şəxslər yoxdur.
Kriminal avtoritetlərdən biri ehtimal edir ki, kişi məişət münaqişəsi zəminində öldürülüb, yoxsa kimsə onun evinə soxula bilməzdi. Alekseyi qəsdən öldürmək üçün heç kimin səbəbi olmayıb.