Arvadını dalağı partlayanadək  döydü
18 yanvar 2025 11:46 (UTC +04:00)

Arvadını dalağı partlayanadək döydü

Rusiyanın Voronej vilayətində polis yerli sakini 20 yaşlı arvadını vəhşicəsinə döyməkdə ittiham edərək saxlayıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 20 yaşlı qadın sakin şəhərin tibb müəssisələrindən birinə yerləşdirilib, qız ağır döyülüb. Ona qarın nahiyəsinin küt travması və dalağın yırtığı diaqnozu qoyulub. Polisin müəyyən etdiyi kimi, zərərçəkmişlə əri arasında mübahisə olub.

Münaqişə zamanı kişi arvadını vəhşicəsinə döyərək yoxa çıxıb. Döyülməkdə şübhəli bilinən 32 yaşlı şəxs saxlanılıb və törətdiyi cinayəti etiraf edib. Hadisə ilə bağlı ağır bədən xəsarəti yetirmə maddəsi ilə cinayət işi açılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Oxşar yazılar