Adam oğurlayan dəstə üzvü yenidən  MƏHKƏMƏDƏ
15 mart 2021 10:56 (UTC +04:00)

Adam oğurlayan dəstə üzvü yenidən MƏHKƏMƏDƏ

Bakıda adam oğurluğuna görə həbs olunan Elmar Mehdiyev apelyasiya şikayəti verib.

Lent.az-ın məlumatına görə, E.Mehdiyevin şikayətinə martın 19-da hakim Habil Məmmədovun sədrliyi ilə baxılacaq.

Xatırladaq ki, 2020-ci ilin mart ayında paytaxtın Xətai rayonunda keçirilən əməliyyat nəticəsində adam oğurluğunda şübhəli bilinən Mehdiyev Elmar Şahmur oğlu və Əliyev Röyal Mansur oğlu həbs ediliblər.

Saxlanılan şəxslər paytaxtda adam oğurluğu ilə məşğul olmaları barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Araşdırma zamanı onların əməli sübuta yetirilib. Onların cinayətkar birlik yaratmaları, paytaxtda oğurladıqları şəxslərin qohumlarından pul tələb etdikləri bildirilir.

İstintaq orqanı hər iki təqsirli bilinən şəxs barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən adam oğurluğu törətmək) maddəsi ilə ittiham elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Mehman Nəbiyev

Oxşar yazılar