57 yaşlı azərbaycanlı qadını Türkiyədə fahişəliyə cəlb etdilər - ŞOK
09 aprel 2021 12:58 (UTC +04:00)

57 yaşlı azərbaycanlı qadını Türkiyədə fahişəliyə cəlb etdilər - ŞOK

İnsan alverində təqsirləndirilən Sərhadova Vüsalə Ağa qızının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Əli Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkmiş şəxs qismində 57 yaşlı D.G və 29 yaşlı T.K iştirak edib.

36 yaşlı Bakı şəhər sakini V.Sərhadova barəsində Cinayət Məcəlləsinin 144-12.1-ci (insanalveri, iki və daha çox şəxsə törədildikdə) maddəsilə ittiham elan olunub.

Lent.az-ın əldə etdiyi məlumata görə, o, zərərçəkmiş qadınları 2016 və 2017-ci illərdə Türkiyənin Diyarbəkir və Konya şəhərlərinə apararaq insan alverçilərinə satıb.

V.Sərhadova bu il martın 18-də tutularaq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9618
avatar

Mehman Nəbiyev

Oxşar yazılar