Rusiyanın Moskva vilayətində 66 yaşlı qadın ərini öldürüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Dolqoprudnı şəhərində baş verib.
Məlumata görə, dünən təqaüdçü ərini bıçaqlayıb, bundan sonra polisə müraciət edib. O deyib ki, 40 illik evlilik müddətində əri daim onu alçaldıb.
İstintaq Komitəsinin Moskva vilayəti üzrə Baş İstintaq İdarəsinin rəisinin böyük köməkçisi Olqa Vradiyin sözlərinə görə, cinayət aləti olan bıçaq götürülüb. Araşdırama aparılır.