23 külçə  qızıl almaq istəyən azərbaycanlı  saxlanıldı
03 iyun 2022 13:24 (UTC +04:00)

23 külçə qızıl almaq istəyən azərbaycanlı saxlanıldı

Zabaykal diyarının Kalqanski rayonunda qızıl satmaq istəyən şəxs saxlanılıb. 

Lent.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kalqanski sakini mərhum atasından qalan 23 külçə qızılı 11 milyon rubl dəyərində satmaq istəyib. 

Məlumata görə, həmin şəxs 2,5 kiloqram olan qızılı Çitada yaşayan azərbaycanlıya verərkən polis tərəfindən tutulub. 

Onun tutulmasına səbəb qızılın mənbəyinin bilinməməsi olub. 

Mərkəzi rayon Məhkəməsinin hökmü ilə qızılın alıcısı və satıcısı, hər ikisi 1 il 6 ay şərti azadlıqdan məhrum ediliblər. 

Həmçinin onların hər biri 100 min rubl (2760 manat) məbləğində cərimələnib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4860
avatar

Sevinc Fərid

Oxşar yazılar