12 illik həbsdən çıxıb küçədə adam öldürdü - VİDEO
19 iyul 2025 15:18 (UTC +04:00)

12 illik həbsdən çıxıb küçədə adam öldürdü - VİDEO

Türkiyədə həbsdən çıxan şəxs uzun illərdir ədavətli olduğu adamı küçədə öldürüb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Düzce şəhərində qeydə alınıb.

12 il həbsxanada cəza çəkəndən sonra 2 ay əvvəl azadlığa çıxan Y.T. küçədə qan davası səbəbilə ədavətli olduğu Ahmet Karabulutu güllələyib. Daha sonra 3 taksi dəyişərək şəhərdən çıxmağa cəhd edib. Üçüncü taksidən Anadolu magistralında düşüb və bir obyektə girib. Taksi sürücüsü onun barəsində polisə məlumat verib.

Polislər obyektə gələrək Y.T.-nı tualetdə silahla birgə tutublar.

Ahmet Karabulutun güllələnməsi isə küçədəki kameraya düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504

Oxşar yazılar