Vətəndaşlara qarşı 100 min manatdan çox dələduzluq edən sabiq hakim Lətif Nəbiyevi ncinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Lent.az-ın məlumatına görə, toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlham Mahmudovun icraatına verilib.
Qeyd edək ki, cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır. İttihama əsasən, L. Nəbiyev iş düzəltmək adı ilə vətəndaşlara qarşı 100 min manatdan artıq dələduzluq etməkdə təqsirli bilinir.
L. Nəbiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.
O, 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə intizam məsuliyyətinə cəlb edilməklə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.