Yolu keçmək istəyən kişini maşın vurub öldürdü
24 avqust 2021 13:32 (UTC +04:00)

Yolu keçmək istəyən kişini maşın vurub öldürdü

Sumqayıtda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə avqustun 24-də saat 1 radələrində Sumqayıt şəhərinin Y.Məmmədov küçəsində qeydə alınıb. Göyçay rayon sakini O.Babayev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 40-45 yaşlı kişini vurub. Nəticədə həmin şəxs hadisə yerində ölüb.

Faktla əlaqədar Sumqayıt şəhər Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2130
avatar

Mehman Nəbiyev

Oxşar yazılar