Taner Yıldız TANAP-dan danışdı
08 aprel 2013 11:58 (UTC +04:00)

Taner Yıldız TANAP-dan danışdı

 

 Gələn il TANAP (TransAnadolu boru kəməri) layihəsi çərçivəsində planlaşdırma və əməli işlərə başlanacaq.

 

Bu layihə üzrə 1800 km boru xəttinin tikintisi aparılmalıdır. «APA-Economics»in xəbərinə görə, bunu Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.

 

 

Nazir bildirib ki, hazırda kəmərin Türkiyə ərazisindən keçəcəyi hissənin dəqiqləşdirilməsi aparılır: «Layihəni hazırlayan şirkət öz mərkəzini Türkiyəyə köçürüb.  Gələcəkdə TANAP-la nəql olunan qaz istər TAP (TransAdriatik boru kəməri) vasitəsilə Avropanın cənubuna, istərsə də «Nabucco-West»lə Avropanın şimalına ixrac oluna bilər».

 

Kəmərin «Nabucco-West»ə qoşulub-qoşulmayacağı barədə suala isə nazir «bununla bağlı qərarı «Şahdəniz» konsorsiumu qəbul edəcək», - deyə bildirib.

 

T.Yıldız Türkiyənin Avropa və Asiya arasında hər bir sahədə mühüm rol oynaya biləcəyini, amma bu coğrafi üstünlükdən sui-istifadə etmədiyini də vurğulayıb. 

# 570
avatar

Oxşar yazılar